Cəmiyyət

216 nömrəli avtobuslar son dayanacağa niyə getmirlər? - VİDEO

25 Feb 2026, 17:56 2 baxış
216 nömrəli avtobuslar son dayanacağa niyə getmirlər? - VİDEO
Baku TV-nin qaynar xəttinə yazılı müraciət göndərən bir qrup vətəndaş bildirir ki, 216 nömrəli marşrut üzrə avtobuslar nəzərdə tutulan xətt üzrə hərəkət etmirlər. Şikayətçilərin sözlərinə görə, marşrutun sonuncu dayanacağı Balaxanı Sənaye Parkı olduğu halda buna əməl edilmir.
Avtobus sürücüləri məsələ ilə bağlı açıqlama verərək qeyd ediblər ki, sözügedən dayanacaqda ancaq səhər və axşam saatlarında sərnişin olduğu üçün gün ərzində digər vaxtlarda həmin əraziyə getmirlər. "Ora zavoddur. Səhər işçiləri aparırıq, axşam da qaytarırıq. Avtobusu boş vəziyyətdə həmin dayanacağa sürməyimiz düzgün deyil. Bəs kəndin camaatı nə etsin?!", - deyə sürücü mövqeyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər