Siyasət

İlham Əliyev estoniyalı həmkarına məktub göndərdi

24 Feb 2026, 11:21 1 baxış
İlham Əliyev estoniyalı həmkarına məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu göndərib. Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir: "Estoniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Mənbə oxu.az

Oxşar Xəbərlər