Siyasət

Ölkədə bir il müddətində VERGİ GÜZƏŞTLƏRİ tətbiq olunacaq

23 Feb 2026, 14:17 1 baxış
Ölkədə bir il müddətində VERGİ GÜZƏŞTLƏRİ tətbiq olunacaq
Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə əlaqədar vergi güzəştləri müəyyənləşib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2025-ci il sentyabrın 1-dən bir il müddətinə vergi güzəşti tətbiq ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər