Cəmiyyət

Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Qılman Hacıyev dəfn edilib

20 Feb 2026, 15:10 2 baxış
Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Qılman Hacıyev dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qılman Hacıyev dəfn olunub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Kələntərli kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Q.Hacıyev 1972-ci il noyabrın 16-da Bərdənin Kələntərli kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonu, Yanşaq kəndi istiqamətində itkin düşüb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər