Cəmiyyət
Nazirlik rəsmisi: "Əleyhimizə qəbul olunan məhkəmə qərarları azalıb"
"2025-ci ildə nazirliyin əleyhinə qəbul olunan məhkəmə qərarları 84 faiz azalıb". Oxu.Az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycan Hakimlərinin II Forumunda "İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi, inzibati praktikada bərabər yanaşma və etimadın qorunması" adlı panel müzakirəsində bildirib. "Eyni zamanda, məhkəmə qətnaməsi ilə ödənilən maliyyə miqdarı ötən il 7.2 milyon manat olub ki, bu da 2017-ci illə müqayisədə 86 faiz azdır. 116 iş isə məhkəmədən kənar vətəndaşın xeyrinə həll olunub. Nazirlik üçün əsas meyar işlərin çoxluğu yox, həll olunan mübahisələrin sayıdır", - deyə nazirlik rəsmisi qeyd edib. Məlik Məlikov
Mənbə
oxu.az