Cəmiyyət
Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Dadaş Dadaşov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Dadaş Dadaşov dəfn olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Mollaisalar kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, D.Dadaşov 1972-ci il fevralın 15-də Ağdərənin İmarət Qərvənd kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.
Mənbə
oxu.az