Cəmiyyət
İdarə rəisi: "Hüquq-mühafizə orqanlarının vahid elekton formada fəaliyyət göstərməsi vacibdir"
"Hüquq-mühafizə orqanlarının vahid elektron formada fəaliyyət göstərməsi zəruri və vacibdir". Oxu.Az xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi" mövzusunda baş tutan panel sessiyada deyib. O bildirib ki, Azərbaycanda rəqəmsallaşma təbii şəkildə gedir: "Müəyyən mərhələhə hər qurum öz platformasını qurmalı və imkanlarını bilməli idi. Fəaliyyətlərini rəqəmsallaşmaya uyğunlaşdırmalıydılar. Qeyd edim ki, Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində artıq rəqəmsal formada 130 növdə məlumat datası formalaşıb". Məlik Məlikov
Mənbə
oxu.az