Cəmiyyət

Məhkəmə icraatları ilə bağlı yaxın vaxtlarda dəyişiklik gözlənilir

20 Feb 2026, 13:50 2 baxış
Məhkəmə icraatları ilə bağlı yaxın vaxtlarda dəyişiklik gözlənilir
"Məhkəmələrdə inzibati və mülki işlər üzrə tam elektron icraata keçidlə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi" mövzusunda baş tutan panel sessiyada deyib. O bildirib ki, layihə hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir. S.Hacıyev vurğulayıb ki, rəqəmsallaşmanın həyata keçirilməsi üçün kompleks tədbirlərə ehtiyac var: "2014-cü ildən Elektron Məhkəmə İnformasiya Sisteminin (EMİS) tətbiqinə başladıq. 10 ildən artıq müddət keçib. Bizi daha böyük yol gözləyir. Onu da vurğulayım ki, həmin vaxt hakimlərimiz daha çox konservativ idilər, yeniliklərə açıq deyildilər. Buna görə də çox zamanımız getdi. Hakimlərimizim həmin müddətdə EMİS-ə görə tədrisə ehtiyacı var idi". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər