Cəmiyyət

Hakimlər İttifaqına toplanmış pullar HARA XƏRCLƏNİB?

20 Feb 2026, 14:02 4 baxış
Hakimlər İttifaqına toplanmış pullar HARA XƏRCLƏNİB?
Azərbaycan Hakimlər İttifaqının 2025-ci il üzrə illik hesabatı açıqlanıb. Oxu.Az-ın məlumatına görə, bununla bağlı hesabatı Azərbaycan Hakimlər İttifaqının idarə heyətinin sədr müavini Ələddin Cəfərov səsləndirib. O bildirib ki, toplanmış vəsaitin əsas hissəsi əsasən aşağıdakı istiqamətlərə xərclənib: - Bakıda keçirilmiş Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasına - 500 min manat - Azərbaycan Hakimlərinin I Forumuna 79 350 manat - Apellyasiya və kassasiya məhkəmələrində kommersiya mübahisələrinə dair işlərə baxan 10 hakimin Astana şəhərinə ezam edilməsinə - 19960 manat - Türkiyədən Azərbaycana səfər etmiş hakimlər üçün 10 500 manat - Vəfat edən hakimlərin ailələrinə xərclənən yardımlara görə - 14 300 manat - Hakimlərin ingilis dili səviyyələrinin artırılması istiqamətində ixtisasartırma kurslarına - 3 100 manat - "Femida" könüllüləri ilə əməkdaşlığa - 6000 manat - Hakimlərin futbol turnirinin keçirilməsinə -15 400 manat. Qurum rəsmisi vurğulayıb ki, vəsaitin digər hissəsi texniki avadanlıqların alınmasına, dəftərxana xərclərinə, təqaüdə çıxan hakimlərə hədiyyələrin alınmasına və s. istiqamətə xərclənib. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər