Cəmiyyət
İtkin şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olundu - VİDEO
Uzun illər itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları 34 ildən sonra aşkar edilib və bu gün - fevralın 20-də Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb. O zaman 54 yaşı olub. İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib. Qeyd edilib ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən 17 itkin-şəhiddən 2-si qadındır. Onlardan Qarayeva Mehriban Arif qızı hərbçi, Əhmədova Zibeydə Bədəl qızı mülki şəxsdir. M.Qarayeva fevralın 20-də Sumqayıt Şəhidlər xiyabanında, Z.Əhmədova isə Xocalı Şəhidlər xiyabanında dəfn ediliblər.
{{gallery}}

Mənbə
oxu.az