Cəmiyyət
Xanım itkin-şəhidin xidmət yoldaşı: "Gələn gündən döyüşə girmək istəyirdi"
"Xidmətə gələn gündən deyirdi ki, bir döyüş olsaydı gedərdik". Oxu.Az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş Mehriban Qarayevanın bu yaxınlarda tapılan nəşinin qalıqlarının dəfni zamanı onun xidmət yoldaşı olmuş Vidadi Əsgərov deyib. O, Mehriban Qarayevanın tibb bacısı kimi xidmət göstərdiyini bildirib: "Tibb bacısı kimi bizim hərbi hissəyə gəlmişdi. Çox ünsiyyətimiz olmadı. Gələn gündən döyüşə girmək istəyirdi. Həmin günlərdə döyüş başladı, savaşa yollandıq. Mehriban xanım digər yoldaşlarla mövqeyə çıxmaq üçün maşında gedərkən düşmən onları pusquya salıb. Atəş açılanda elə birinci ona güllə dəyib. Cəmi 4-5 gün bir yerdə olsaq da, çox gözəl, vətənpərvər xanım kimi yaddaşımda qalıb. Vətənini, millətini sevən insan olub ki, könüllü xidmətə yollanıb". Aygün Mirakif
Mənbə
oxu.az