Cəmiyyət
Şəhid Rafiq Hüseynovun dayısı: "Oğlunun məzarını görmək bacıma qismət olmadı"
"Şəhidimiz Kərkicahan istiqamətində gedən döyüşlərdə həlak olub". Oxu.Az xəbər verir ki, bunu fevralın 20-də dəfn olunan itkin şəhid Rafiq Hüseynovun dayısı Allahverdi Zeynalov deyib: "Rafiq çox vətənpərvər oğul idi. O vaxt döyüşə gedəndə institutun birinci kursunda oxuyurdu. Vətəni o qədər sevirdi ki, təhsilini atıb döyüşə getdi və şəhid oldu. Bacım neçə il yolunu gözlədi, təəssüf ki, oğlunun məzarını görmək ona qismət olmadı. Keçən il oğul həsrəti ilə dünyasını dəyişdi. Bu gün şəhidimizə qovuşduğumuz üçün Allaha şükür edirik, Prezidentimizə təşəkkürümüzü bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin". Qeyd edək ki, döyüşə getdiyi ərəfədə R.Hüseynov Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyub. Əzizə İsmayılova
Mənbə
oxu.az