Cəmiyyət

Qubada birinci sinif şagirdinin zorlanması iddiası ilə bağlı AÇIQLAMA

19 Feb 2026, 17:37 2 baxış
Qubada birinci sinif şagirdinin zorlanması iddiası ilə bağlı AÇIQLAMA
Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbinin direktoru adıçəkilən təhsil müəssisəsində birinci sinif şagirdinə təcavüz edilməsi ilə bağlı iddiaya münasibət bildirib. Məktəbin direktoru Aybala Umudova Oxu.Az-a açıqlamasında bildirib ki, onun hadisəni bilib gizlətməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır: "Valideyn bizimlə prinsip aparır. Hadisə barədə valideyn ilk olaraq şagirdin sinif rəhbərinə məlumat verib. Sinif rəhbəri də bu barədə mənə məlumat verib. Mən də həmin vaxt dərsdə olduğum üçün sinfi tərk edib çölə çıxmamışam. Çünki dərsim var idi. Mən də ona dedim ki, şagirdlərə tapşırıq verib sonra düşəcəyəm. Hadisə belə olub. Sadəcə dərs bitmədiyi üçün aşağı düşməmişəm. Mən heç nəyi gizlətməmişəm. Hadisə barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə də məlumat vermişəm". Samir Əli Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində birinci sinif şagirdinə təcavüzə olunması ilə bağlı məsələ Quba-Xaçmaz Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hazırda iddia ilə bağlı araşdırma aparılır və hadisənin bütün təfərrüatının obyektiv şəkildə müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Məlik Məlikov Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində birinci sinif şagirdinə təcavüz edilib. Bu barədə Oxu.Az-a şagirdin valideyni məlumat verib. O iddia edib ki, hadisə orta məktəbin tualetində baş verib: "Oğlum birinci sinifdə oxuyur. Orta məktəbin doqquzuncu sinif şagirdi aldadaraq oğlumu ayaqyoluna aparıb və orada ona cinsi təcavüz edib. Hadisə barədə orta məktəbin direktoru və oğlumun sinif rəhbəri məlumatlandırılsalar da, bu barədə heç bir tədbir görülməyib. Məktəb direktoru və sinif rəhbəri təcavüz hadisəsini gizlədiblər. Hadisə barədə şikayət edəndən sonra doqquzuncu sinif şagirdi saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb". Zərərçəkmişin valideyni bildirib ki, hadisə barədə şikayət edənə qədər məsələni ört-basdır edirdilər: "Hüquq-mühafizə orqanları məsələyə müdaxilə edəndən sonra direktor və sinif rəhbəri hadisəni etiraf etdilər. Amma hələ ki məktəb direktoru və sinif rəhbəri barədə tədbir görülməyib". Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib, həmin qurumların mövqeyini dərc etməyə hazırıq. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər