Cəmiyyət

Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimov dəfn edilib

19 Feb 2026, 15:07 2 baxış
Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimov dəfn edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Şahin Heydər oğlu Kərimov 1972-ci il dekabrın 14-də Mingəçevirdə anadan olub. 1993-cü il aprelin 5-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər