Cəmiyyət

Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib

19 Feb 2026, 14:26 2 baxış
Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Quliyev dəfn edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər