Cəmiyyət

Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib

19 Feb 2026, 14:40 2 baxış
Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər