Dünya
Əfqanıstanda 500 musiqi aləti yandırıldı: "Əxlaqsızlıqla mübarizədir"
Əfqanıstanda "Fəzilətin Təbliği və Rəzalətin Qarşısının Alınması" Nazirliyinin əməkdaşları Pərvan əyalətində sakinlərdən müsadirə edilmiş 500 musiqi alətini yandıraraq məhv ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb. Nazirliyin rəsmisi Məqbul Əhməd Vaqas bildirib ki, müxtəlif mərasimlərdə, rəqs və şənliklərdə istifadə olunan bu alətlər son bir il ərzində toplanıb. Vaqasın sözlərinə görə, bu addım əxlaqsızlıqla mübarizə tədbirləri çərçivəsində atılıb. O, yerli sakinləri şəriət qanunlarına zidd hesab edilən əşyalardan istifadə etməkdən çəkinməyə çağırıb.
Mənbə
oxu.az