Dünya

Xarici ifaçılara dövlət nəzarəti: Tokayev yeni qanunu imzaladı

19 Feb 2026, 01:00 2 baxış
Xarici ifaçılara dövlət nəzarəti: Tokayev yeni qanunu imzaladı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əcnəbi ifaçıların çıxışlarının təşkilatçılarını və ifaçıların özlərini çıxışların məzmununu dövlət orqanları ilə razılaşdırılmasını tələb edən qanunu imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Informburo.kz portalının normativ aktın müddəalarına istinadən dəqiqləşdirdiyinə görə, xarici artistlərin iştirakı ilə kütləvi mədəni tədbirlərin təşkilatçıları onların keçirilmə qaydasını ən geci 30 iş günü qalmış səlahiyyətli orqanla razılaşdırmalıdırlar. Eyni zamanda, əgər tədbirin məzmunu müəyyən edilmiş qadağaları pozarsa, onun keçirilməsi qadağan edilə və ya dayandırıla bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər