Cəmiyyət

Temperatur enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ

18 Feb 2026, 19:22 2 baxış
Temperatur enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər