Digər

Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp

18 Oct 2026, 17:02 2 baxış
Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp

Fransa yanır! Tamamilə fərqli bir dünyadan gələn, qəlblərində nifrət daşıyan insanların axını bir vaxtlar böyük olan bu ölkəni darmadağın edib.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.


“Çox gec olmadan sərhədlərinizi bağlayın və vəziyyətə nəzarəti ələ alın!”, - o bildirib.


Qeyd edək ki, Fransada baş verən etiraz aksiyaları zamanı ötən gün 1200-dən çox etirazçı saxlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər