Cəmiyyət
Şəkidə çay sahilinin və bəndlərin bərpasına bir milyon manat xərclənəcək
Şəkidə şəhərin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri və çay yatağının təmizlənməsi işləri görüləcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən tender elan edilib. İcra hakimiyyəti görüləcək işlər müqabilində 999 min 991.5 manat ödəməyi planlaşdırıb. Rəşid Qarayev
Mənbə
oxu.az