Cəmiyyət

Sabah temperatur 4-6 dərəcə enəcək, qar yağacaq

18 Feb 2026, 19:27 2 baxış
Sabah temperatur 4-6 dərəcə enəcək, qar yağacaq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.


Böyük və Kiçik Qafqaz dağlarının bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

Mənbə axar.az

Oxşar Xəbərlər