Cəmiyyət

Maştağa qəsəbəsində YOL PROBLEMİ: "Boruların üstü ilə gedirik" - VİDEO

18 Feb 2026, 17:42 2 baxış
Maştağa qəsəbəsində YOL PROBLEMİ: "Boruların üstü ilə gedirik" - VİDEO
Paytaxtın Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yollar bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə ki, yağış yağan kimi yollar keçilməz hala düşür. "Su kəməri çəkəndə yollar dağıdıldı, dedilər ki, düzəldəcəyik, amma düzəltmədilər. Yağış yağanda vəziyyət lap betər olur. Buradan keçmək mümkün deyil, boruların üstü ilə gedirik", - deyə sakinlərdən biri Baku TV-yə narazılığını bildirib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, hər hansı ünvanda xidmət tərəfindən su və ya kanalizasiya sahəsində tikinti quruculuq və ya bərpa işləri görülürsə, işlər bitdikdən sonra həmin yer əvvəlki vəziyyətə qaytarılır. Əgər əvvəlki vəziyyətdə asfalt olubsa, həmin əraziyə asfalt döşənir. Burada isə hər hansı asfalt qatı olmayıb. Sabunçu Rayon İcra Hakimiyyətindən isə verilən açıqlamaya görə, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağa qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanmasını mərkəzləşdirilmiş qaydada Avtomobil Yolları Dövlət Agentliyi Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirir. Maştağa qəsəbəsi, Xanlar küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər