Cəmiyyət
Qaxın bəzi ərazilərində qaz təchizatı dayandırılıb
Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qax xidmət sahəsində 16:19-dan etibarən Qax ölçü qovşağının girişindən qaz təchizatı dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala RQİİ məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması d-273 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkarlanan güclü qaz sızması ilə əlaqədardır. Qeyd edilib ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Mənbə
oxu.az