Cəmiyyət
Lerikdə altı kəndin yol dərdi: "Cavanlar artıq burada qalmır" - VİDEO
Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsinə daxil olan altı kəndin yolları yararsız vəziyyətdədir. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildirirlər.
Kənd sakinlərindən biri deyib: "Yolsuzluğa görə təcili yardım, yanğınsöndürən maşınlar kəndə gəlib çıxa bilmir. Xəstələrimizi kənddəki "Niva" maşınları ilə xəstəxanaya özümüz aparırıq. Cavanlar artıq burada qalmır, çıxıb gedirlər". "Aidiyyəti qurumlara saysız-hesabsız məktub göndərmişik. Hamımıza şablon cavab verirlər. Yolun bu halda olması heç kəsin vecinə deyil" - deyə, digər sakin qeyd edib.

Mənbə
oxu.az