Cəmiyyət
Abbas Abbasov: "Yeni virtual muzey fərqli istiqamətdə dekolonizasiya prosesinə töhfə verəcək"
"Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə müstəmləkəçilik əleyhinə ərsəyə gələn virtual muzey kolonial sistemin fəsadları ilə bağlı tarixi, hüququ, elmi faktları özündə ehtiva edən rəqəmsal platformadır. Bu platforma kolonial sistemin fəsadlarını ictimaiyyətə interaktiv şəkildə təqdim edəcək". Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakıda müstəmləkəçilik əleyhinə hazırlanan virtual muzeyin təqdimat mərasimində deyib. O bildirib ki, platforma rəqəmsal məlumat bazası kimi fəaliyyət göstərəcək və beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları üçün etibarlı mənbəyə çevriləcək: "Həmçinin, Dənizaşırı ərazilərdə fəaliyyət göstərən elm xadimləri, ekspertlər bizə tövsiyə etdilər ki, bu mövzuda dərc etdiyimiz kitabları da virtual muzeydə əks etdirək. Bu baxımdan, muzeyin elmi müstəvidə də təsiri olacaq, fərqli istiqamətdə dekolonizasiya prosesinə töhfə verəcək". Mərahim Nəsib
Mənbə
oxu.az