Cəmiyyət

Javlon Vahabov: "Regionumuz dənizə çıxışı olmayan ərazidən vahid nəqliyyat qovşağına çevrilir"

18 Feb 2026, 12:47 2 baxış
Javlon Vahabov: "Regionumuz dənizə çıxışı olmayan ərazidən vahid nəqliyyat qovşağına çevrilir"
"Azərbaycanın region ölkələri ilə birgə formalaşdırdığı C6 platforması sadəcə rəqəmlərdən ibarət deyil". Oxu.Az xəbər verir ki, bu fikirləri Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək" mövzusunda beynəlxalq konfransda deyib. O vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə regionun yeni institusional nüvəsini formalaşdırır: "Azərbaycanın C6 regional formatına qoşulması keyfiyyətcə yeni geoiqtisadi konfiqurasiya yaradır. Mərkəzi Asiya və Cənubi Qafqaz vahid əməkdaşlıq arealını formalaşdırır. Beləliklə, regionumuz dənizə çıxışı olmayan ərazidən vahid nəqliyyat qovşağına çevrilir. Bu da bizim Avropa İttifaqı, Türkiyə, Yaxın Şərq və hətta Afrika bazarlarına çıxışımızı təmin edir". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər