Cəmiyyət

İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

18 Feb 2026, 12:10 2 baxış
İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.


Axar.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.


Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib.


Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər