Cəmiyyət

Fərid Şəfiyev: "C6 əməkdaşlığı uzunmüddətli imkanlara çevirməlidir"

18 Feb 2026, 10:20 2 baxış
Fərid Şəfiyev: "C6 əməkdaşlığı uzunmüddətli imkanlara çevirməlidir"
"Son altı il ərzində Azərbaycanın xarici siyasəti məhz reallıqlara uyğun şəkildə formalaşdırılıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" mövzusunda keçirilən görüşdə deyib. O bildirib ki, Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmiz Şərq vektorunu daha da möhkəmləndirib: "Mərkəzi Asiya bizim üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır. Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığımızı fərqləndirən başlıca amil geoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr yeni məna və strateji əhəmiyyət kəsb edir". F.Şəfiyev vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məsələ bu əməkdaşlığın daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır: "Məqsəd əməkdaşlığı uzunmüddətli imkanlara çevirməkdir. C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir. C6 praktiki və məqsədyönlü təşəbbüsdür. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan Azərbaycanla birlikdə regional bağlantıları gücləndirən, daha müstəqil fəaliyyət imkanlarını artıran altıtərəfli format çərçivəsində əməkdaşlıq edə bilərlər". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər