Cəmiyyət
Abituriyentlərin NƏZƏRİNƏ: Bu gündən qeydiyyat BAŞLAYIR
Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarına qeydiyyat başlanır. Oxu.Az xəbər verir ki, imtahanlarda iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq. Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.
Mənbə
oxu.az