Cəmiyyət
Neftçalada zəhərlənən beş nəfərin SON DURUMU
Neftçala rayonunun Bankə qəsəbəsində zəhərlənmə hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunur. Neftçala Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavabda qeyd olunub ki, fevralın 17-də saat 03:20-də beş nəfər (üç kişi, iki qadın) zəhərlənmə şübhəsi ilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Onlara dəqiqləşdirilməmiş bakterial qida mənşəli zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir". Əzizə İsmayılova
Mənbə
oxu.az