Cəmiyyət

Cəlilabaddakı qətlin TƏFƏRRÜATI məlum olub - VİDEO

17 Feb 2026, 13:32 2 baxış
Cəlilabaddakı qətlin TƏFƏRRÜATI məlum olub - VİDEO
Cəlilabad rayonunun Uzuntəpə kəndində qətl hadisəsi baş verib. Baku TV-nin məlumatına görə, qohumlar arasında yaşanan insident qanla nəticələnib.
Məlumata görə, 24 yaşlı İbrahim Babayev 52 yaşlı Azər Baxşiyevlə əvvəlcədən əlaqə saxlayaraq onun kəndə gəlməsini istəyib, bundan sonra isə ona bıçaqla xəsarət yetirib. Ağır xəsarətlər alan Azər Baxşiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. "Azəri həyətində öldürüb. Heç kəslə işi olmayan adam idi. Oğlu Bakıda oxuyur, onun yanında qalırdı. Yaxın vaxtlarda rayona gəlmişdi", - deyə ölən şəxsin qohumu bildirib. Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, 2002-ci il təvəllüdlü İbrahim Babayev şübhəli şəxs qismində saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər