Cəmiyyət

"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? - ÖZƏL

17 Feb 2026, 13:43 2 baxış
"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? - ÖZƏL
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək. Oxu.Az-ın əldə etdiyi məlumata görə, müəllimə yaxın günlərdə elə çalışdığı "İdrak" liseyində fəaliyyətini davam etdirəcək.
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir. Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib. Şükufə Süleymanlı
"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? - ÖZƏL
Mənbə oxu.az

Oxşar Xəbərlər