Cəmiyyət
Xəstəxanalarda hava nə üçün yoxlanılır?
Tibb ocaqlarında havanın bakterioloji analizi xəstəxanadaxili infeksiyaların yayılmasının qarşısını almaq, havalandırma sistemlərinin və dezinfeksiya işlərinin səmərəliliyini yoxlamaq, eləcə də ümumi sanitar-gigiyenik durumu dəyərləndirmək məqsədilə icra olunur. Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) mikrobioloqu Qumru Qaibova "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində danışıb.
Mütəxəssis bildirib ki, hazırkı dövrdə Səhiyyə Nazirliyi RGEM-in bakterioloji laboratoriyasında yoxlamalar aspirasiya metodu ilə reallaşdırılır: "Bu metodun əsas üstünlüyü nəticələrin yüksək dəqiqliyə malik olmasıdır. Tibb müəssisələrindən hava nümunələri RGEM-in bakterioloji laboratoriyasının əməkdaşları tərəfindən xüsusi havasoran cihaz (aspirator) vasitəsilə toplanır. İçərisində qida mühiti olan petri qabı cihazın içinə yerləşdirilir və müəyyən miqdarda hava (100-500 litr) bu mühitdən keçirilir. Havadakı mikroorqanizmlər qida mühitinin səthinə çökür. Götürülən nümunə mərkəzin bakterioloji laboratoriyasına çatdırılaraq termostatda inkubasiya edilir. Yaranan koloniyalar sayılır və bir kubmetr havaya görə hesablamalar aparılır. Yekun nəticə qüvvədə olan sanitar normalara uyğun gəlməlidir". Q.Qaibova vurğulayıb ki, RGEM-in tabeliyindəki ərazi mərkəzləri tərəfindən planlı şəkildə tibb müəssisələrindən götürülən hava nümunələrinin bakterioloji təhlili zamanı çirklənmə faktı aşkar olunarsa, müəssisə rəhbərliyinə xəbərdarlıq edilir: "Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilir. Həmin təkliflərin icrasına nəzarət etmək məqsədilə təkrar laboratoriya müayinələri həyata keçirilir".

Mənbə
oxu.az