Cəmiyyət

ANS-in "Böyük Seva"sı xəstəxanadan evə buraxılır - ÖZƏL

17 Feb 2026, 12:12 2 baxış
ANS-in "Böyük Seva"sı xəstəxanadan evə buraxılır - ÖZƏL
Hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənova bu gün xəstəxanadan evə buraxılır. Oxu.Az-a açıqlamasında özü məlumat verib. "Bu gün buraxırlar məni. İndi qardaşım sevinə-sevinə zəng etdi ki, Seva, gəlirik səni çıxarmağa. Allah bütün xəstələrə şəfa versin. Maraqlanan hər kəs sağ olsun", - deyə S.Həsənova bildirib. Xatırladaq ki, S.Həsənova fevralın 7-də Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatı keçirib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər