Cəmiyyət

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Feb 2026, 12:32 2 baxış
Sabiq icra başçısına yeni vəzifə verildi
Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinə əvvəllər rəhbərlik etmiş şəxs yeni vəzifəyə gətirilib. Oxu.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin (PHŞ) nəzdində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Yeni yaradılan MMC-nin rəisi vəzifəsini müvəqqəti icra etmək Elçin Məmməd oğlu Hüseynəliyevə həvalə olunub. Sözügedən təyinatla bağlı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nihad Qurbanov tərəfindən müvafiq əmr imzalanıb. Xatırladaq ki, E.Hüseynəliyev 2005-ci ildən 2016-cı ilə qədər Babək Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, o, uzun müddət Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyəti sədrinin köməkçisi qismində çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər