Cəmiyyət
Şəmkir xəstəxanasının direktoru işdən çıxarıldı
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbəri tutduğu postdan uzaqlaşdırılıb. Oxu.Az Unikal.az-a istinadən xəbər verir ki, tibb müəssisəsinin direktoru Samir Namazov TƏBİB rəhbərliyinin imzaladığı müvafiq əmr əsasında vəzifəsindən azad olunub. Xatırladaq ki, S.Namazov sözügedən vəzifəyə 2025-ci ildə təyinat almışdı. O, direktor kimi fəaliyyətə başlamazdan əvvəl həmin xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri olub.
Mənbə
oxu.az