Digər

Paşinyan Karapetyanın namizədliyinə münasibət bildirdi

13 Feb 2026, 20:57 2 baxış
Paşinyan Karapetyanın namizədliyinə münasibət bildirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan istintaq altında olan iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasından hökumət başçısı vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə məlumatı şərh edib.


Axar.az xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib.


"Ermənistanın qanunvericiliyinə və Konstitusiyasına əsasən, ikinci və ya üçüncü ölkə vətəndaşlığı olan şəxs nə deputat, nə də baş nazir vəzifəsinə namizəd ola bilər. Buna görə də, sizin danışdığınız məsələ nə de-yure, nə də de-fakto mövcuddur. Ona görə də mövcud olmayan bir şeyi şərh etməyi zəruri hesab etmirəm", - Paşinyan bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər