Cəmiyyət
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bu gün paytaxtın Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisindəki 10 kV-luq iki elektrik xəttində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. "Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilib.
Mənbə
oxu.az