Cəmiyyət

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakıda yollardan biri iki gün tam bağlı qalacaq

12 Feb 2026, 17:44 2 baxış
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakıda yollardan biri iki gün tam bağlı qalacaq
Sabunçu rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Oxu.Az-ın məlumatına görə, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən açıqlama verilib. Qeyd olunub ki, sözügedən məhdudiyyət planlaşdırılan təmir-bərpa işləri səbəbindən tətbiq edilir. Məlumata əsasən, 14 fevral saat 07:00-dan başlayaraq 15 fevral saat 23:00-a qədər paytaxtın Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsi boyunca (Yavər Əliyev küçəsi ilə kəsişmədən Əhmədbəy Ağayev küçəsinə qədər olan aralıqda) avtomobillərin gediş-gəlişi tamamilə dayandırılacaq. "Sürücülərdən aparılan yenidənqurma işlərini anlayışla qarşılamaları və göstərilən vaxt ərzində mənzilbaşına çatmaq üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə qurumun məlumatında vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər