Digər

Ukraynada 20-yə yaxın deputat zəhərləndi

12 Feb 2026, 17:23 2 baxış
Ukraynada 20-yə yaxın deputat zəhərləndi

Ukrayna Ali Radasında deputatların kütləvi zəhərlənməsi baş verib.


Axar.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat yayıb.


Deputat kütləvi zəhərlənməyə parlament yeməkxanasında yeməklərin səbəb ola biləcəyini bildirib.


“RBK Ukrayna” isə deputatlardan birinə istinadla qeyd edib ki, zəhərlənən şəxslərdə yüksək qızdırma və qusma simptomları aşkarlanıb:


“Onların hamısı yeməkxanadan yemək yeməyib, bəziləri sadəcə qəhvə və ya su götürüblər. Ola bilsin ki, kimsə uşaq bağçasından rotavirus gətirib”.


Məlumata görə, zəhərlənən deputatların sayı 20-yə yaxındır.

Mənbə axar.az

Oxşar Xəbərlər