Digər

"Euro NCAP"da "5 ulduz" alan "Jaecoo" artıq rəsmən Azərbaycanda

12 Feb 2026, 14:12 2 baxış
"Euro NCAP"da "5 ulduz" alan "Jaecoo" artıq rəsmən Azərbaycanda
Çinin ixrac bazarları üçün hazırladığı premium krossover modelləri ilə tanınan "Jaecoo" brendi artıq rəsmən Azərbaycan bazarında fəaliyyətə başlayıb. Brend ölkəmizdə "iMotors" MMC tərəfindən təmsil olunur. Təhlükəsizlik, müasir texnologiyalar və yeni nəsil SUV konsepsiyasını bir araya gətirən "Jaecoo" modelləri yüksək keyfiyyət standartlarına cavab verən avtomobillər kimi təqdim olunur. Brendin modelləri "Euro NCAP" təhlükəsizlik testlərində "5 ulduz" əldə edərək, Avropanın ən sərt təhlükəsizlik və sertifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Məhz bu göstəricilər sayəsində "Jaecoo" avtomobilləri bir sıra Qərbi Avropa ölkələrində rəsmi satışa çıxarılıb. Avropa sertifikasiya standartlarına uyğun təhlükəsizlik anlayışı "Jaecoo" modellərində gövdənin möhkəm kapsul konstruksiyası, "Euro 6+" emissiya normaları, qabaqcıl ADAS sürücüyə yardım sistemləri, aktiv və passiv təhlükəsizlik texnologiyaları, eləcə də yüksəkkeyfiyyətli interyer materialları ilə təmin edilir. Brendin "Jaecoo J7" və "Jaecoo J8" modelləri ekoloji cəhətdən təmiz, qənaətcil və eyni zamanda, yüksək performans təqdim edən SHS (Smart Hybrid System) texnologiyası ilə təklif olunur. "Jaecoo" modelləri region bazarlarında da ciddi maraqla qarşılanır. Rusiya bazarında satışa çıxarılan "Jaecoo" avtomobilləri qısa müddət ərzində "TOP 5" ən çox maraq göstərilən modellər sırasına daxil olub. Brend, eyni zamanda, Türkiyədə də rəsmən təmsil olunur və sürətlə populyarlıq qazanır. Ümumiləşdirilmiş texniki göstəricilər (PHEV): 1.5L turbo "Plug-in Hybrid" mühərrik; Ümumi güc: 360+ at qüvvəsi (modeldən asılı olaraq); Tam elektrik rejimində gündəlik şəhər yürüşü imkanı; AWD opsiyası və avtomatik transmissiya; Güclü dinamika və yüksək sürüş stabilliyi. "Jaecoo J7" və "Jaecoo J8" modelləri müasir dizaynı, Avropa səviyyəli təhlükəsizliyi, PHEV texnologiyası və premium komfortu bir araya gətirən yeni nəsil SUV-lar kimi Azərbaycan bazarına təqdim olunur. "Jaecoo" - artıq Azərbaycanda. Ünvan: Babək prospekti, 38A. Qaynar xətt: *8887. "WhatsApp": (+994 10) 232-77-12.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər