Cəmiyyət
Qızıldaşda bağça problemi: Çarəsiz valideynlər, Mədəniyyət Mərkəzində döşəmədə yatan uşaqlar
Qaradağ rayonunun Qızıldaş şəhər tipli qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin binasında uşaq bağçasının fəaliyyət göstərdiyi bildirilir. Oxu.Az-ın Yurd.Media-ya istinadla verdiyi məlumata görə, mövzu ilə əlaqədar danışan valideynlərdən biri vurğulayıb ki, sözügedən müəssisədə hər uşağa görə aylıq ödəniş məbləği 50 manatdır. Səhər saat 08:30-dan günorta 13:30-a qədər işləyən bu məkanda hazırda təxminən 30 azyaşlıya baxılır. Uşaqların qidalanması üçün yeməklər valideynlər tərəfindən evdən gətirilir. Mədəniyyət ocağında çarpayılar olmadığından, yatmaq istəyən uşaqlar üçün yerlər döşəmə üzərində təşkil edilir. Əldə edilən məlumatlara əsasən, ötən il bu ünvandakı fəaliyyət daha geniş miqyaslı olub. Belə ki, bağça 09:00-dan 17:00-dək işləyib, uşaqlar naharla təmin edilib və bütün günü orada qalıblar. Ancaq vətəndaşların şikayətindən sonra yemək verilməsi dayandırılıb, iş qrafiki qısaldılıb və aylıq ödəniş 100 manatdan 50 manata endirilib.
İddia olunur ki, bu proses mərkəzin bədii rəhbəri Gülnar Abbasovanın direktor səlahiyyətlərini yerinə yetirdiyi müddətdə həyata keçirilir. Məsələ ilə bağlı Yurd.Media-nın sorğusuna Mədəniyyət Nazirliyindən verilən cavabda qeyd edilib ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində hazırda "Rəqs" və "İlkin tibbi yardım" kursları mövcuddur: "Bununla yanaşı, "Eliza School" tədris mərkəzi ilə imzalanmış müqaviləyə uyğun olaraq Mərkəzdə "Erkən inkişaf" kursları da fəaliyyət göstərir. Bu kursların əsas hədəfi uşaqların fərdi inkişafına, onların müstəqil qərar vermə, özünü dərk etmə, özünüidarə və sosial vərdişlərinin formalaşmasına kömək etməkdir. Tədris zamanı nitq inkişafı məşğələləri, Montessori metodikası və məntiqi oyunlardan istifadə edilir".
Xatırladaq ki, Qızıldaş qəsəbəsində dövlət tərəfindən idarə olunan uşaq bağçasının yoxluğu valideynləri çətin duruma salır. Məhz alternativsizlik səbəbindən sakinlər övladlarını qeyd olunan mərkəzə etibar etmək məcburiyyətində qalırlar.

Mənbə
oxu.az