Digər

Qurulyov: Modi bizi ABŞ-a satdı - Video

12 Feb 2026, 14:42 2 baxış
Qurulyov: Modi bizi ABŞ-a satdı - Video

Modi (Hindistan baş naziri – red.) bizi satdı. Gəlin illüziya qurmayaq. Tankerlərimizin Hindistanda saxlanılması kürəyimizdən vurulan zərbədir.


Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov deyib.


“Biz onlara Uralda iş yerləri təklif etdik, onlar isə bizi Amerikaya satdı. Görünür ki, BRİKS mifdir. Bizim dostlarımız bitib. Yalnız sabah hər bir rublumuzu bloklaya biləcək təsadüfi yoldaşlarımız qalıb. Etiraf etməliyik ki, Rusiyanın müttəfiqi yoxdur. Bizi qarət edirlər, biz isə diplomatiya oyunu oynayırıq”, - Qurulyov bildirib.


Qeyd edək ki, bir neçə gün öncə ABŞ sanksiyaları altında olan İran neftini daşıyan üç tanker Hindistan Sahil Mühafizəsi tərəfindən saxlanılıb. Həmin tankerlərin Rusiyanın “kölgə donanması”na məxsus olması, İranın deyil, məhz Rusiya neftini daşıması ilə bağlı iddialar var.

Mənbə axar.az

Oxşar Xəbərlər