Digər

Cənubi Koreya sabiq daxili işlər nazirini həbs etdi

12 Feb 2026, 13:54 2 baxış
Cənubi Koreya sabiq daxili işlər nazirini həbs etdi

Cənubi Koreya keçmiş daxili işlər naziri Li Sanq-mini yeddi il həbs cəzasına məhkum edib.


Axar.az xəbər verir ki, bu barədə Seul Mərkəzi Rayon Məhkəməsi məlumat yayıb.


“61 yaşlı Li Sanq-min sabiq prezident Yun Suk Yolun 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan etmək cəhdindəki roluna görə həbs edilib.


O, həmçinin Yun barədə impiçment prosesi zamanı bu hərəkətləri etdiyini inkar edərək yalan ifadə verib”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər