Digər

Ukrayna Rusiyanın raket bazasını vurdu - Ərazi yanır

12 Feb 2026, 12:45 2 baxış
Ukrayna Rusiyanın raket bazasını vurdu - Ərazi yanır

Ötən gecə Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin Raket və Artilleriya Baş İdarəsinin Volqoqrad vilayətinin Kotluban kəndi yaxınlığında yerləşən arsenalına zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Kotluban kəndinin sakinləri təxliyə olunur:


“Kotluban kəndi yaxınlığındakı Müdafiə Nazirliyinin obyektinin ərazisində düşən mərmilər nəticəsində yanğın baş verib. Regional yanğınsöndürmə xidmətləri və Müdafiə Nazirliyi yanğının söndürülməsi üçün çalışır”.


Yerli sakinlər də hərbi obyektin yanında partlayış və güclü yanğınların qeydə alındığı barədə məlumatlar yayıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər