Cəmiyyət
Gəncədə bir küçənin sakinləri suya həsrət qalıb - Müvafiq qurum araşdırma aparır
Gəncə şəhəri, Abbas Səhhət küçəsinin sakinləri günlərdir içməli suya həsrət qalıblar. Sakinlər bu barədə Oxu.Az-a şikayət ünvanlayıblar. Onlar bildiriblər ki, ərazidə fərdi yaşayış evinin sahibi qazıntı aparan zaman su xəttinə ziyan vurub: "Nəticədə bir həftədir suyun olmamasından əziyyət çəkirik. Müvafiq qurumlar da su borusunu bərpa etmir".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, vətəndaş tərəfindən aparılan qazıntı işləri zamanı ərazidən keçən su xəttinin zədələnməsi ilə bağlı məlumat daxil olan kimi Gəncə şəhər Sukanal İdarəsi tərəfindən operativ tədbirlər görülərək müvafiq qurumlara rəsmi müraciətlər edilib: "İçməli su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir. Faktla bağlı hazırda araşdırma aparılır. Nəticələrə əsasən müvafiq hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur". Aygün Mirakif

Mənbə
oxu.az