Cəmiyyət
Şahbuzda qar örtüyünün hündürlüyü 49 santimetrə çatıb - Faktiki hava
Ölkə ərazisində fevralın 12-də saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, respublika ərazisində müşahidə olunan yağıntılar ayın 11-i axşam saatlarından etibarən dayanıb və hava şəraiti stabilləşib. Hazırda ölkədə əsasən yağmursuz hava hökm sürür. Qeydə alınan yağıntıların miqdarına gəlincə, Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən və Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eləcə də Abşeron yarımadasının bəzi ərazilərində 1 mm təşkil edib. Qar örtüyünün qalınlığı Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın və Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad və Yardımlıda 10, Xankəndidə 7, Astara və Ağdamda 6, Xocalı və Qubada 5, İmişli və Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan və Xaltanda isə 1 sm olub. Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay və Lerik rayonlarında dumanlı hava şəraiti qeydə alınıb ki, bu da görünüş məsafəsini 500 metrədək məhdudlaşdırır.
Mənbə
oxu.az