Cəmiyyət

Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video

12 Feb 2026, 10:11 2 baxış
Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Axar.az xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.


Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Anaxanım Sənhan qızı Əhmədovanı xilas ediblər.


Mənbə axar.az

Oxşar Xəbərlər