Cəmiyyət
Bakıda ər və arvad zəhərləndi, biri öldü
Bakıda ər və arvad dəm qazından zəhərlənib.
Axar.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Bildirilib ki, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdə dəm qazından zəhərləniblər.
R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az